Bu meyvə və tərəvəzlərin  qabığını SOYMAYIN! - Yumaq kifayətdir
30 yanvar 2022 00:21 (UTC +04:00)

Bu meyvə və tərəvəzlərin qabığını SOYMAYIN! - Yumaq kifayətdir

Bəzi meyvə və tərəvəzlərin qabıqları onların özündən daha çox qida dəyərinə malikdir. Məsələn, alma və kartof soyulmamış halda 2 dəfə daha çox K vitamini özündə cəmləşdirir. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bəzi meyvə və tərəvəzləri qabıqlı şəkildə yemək daha məsləhətlidir. Onları yaxşı yumaq kifayətdir. 

Həmin meyvə və tərəvəzlərin bir neçəsini təqdim edirik: 

Kivi 

Kivinin tüklü qabığı yeyilmir, amma şaftalı da olduğu kimi onu da yemək mümkündür. Kivinin qabıqları güclü antioksidant, xərçəng əleyhinə təsirə malikdir. İltihab əleyhinə təsir göstərir, stafilokok və bağırsaq çöpləri ilə mübarizə aparır.

Kividən şirə hazırladıqda qabıqlarını soymayın. Meyvələri yaxşı yuyun və istifadə edin.

Kartof 

Kartof qabığı lif və vitaminlərlə doludur. Çalışın kartofu yaxşıca yuyub qabığını soymayın. Belə olan halda o həm dadlı, həm də vitaminli olacaq. Kartofları qabıqlı halda qızardıb, üzərinə ədviyyatlar əlavə etməklə çipslər də hazırlaya bilərsiniz. 

Kök

Kökün nazik qabığını soymağa çalışmaq onun həm daxili, həm də xarici qida dəyərini azaldır. Buna görə kökü bıçağınızla yumşaq şəkildə sürtmək kifayət edir. 

Alma

Antioksidantlar və flavonoidlərlə zəngin olan alma qabığı güclü antibakterial təsirə malikdir, orqanizmin qocalmasına səbəb olan sərbəst radikallarla mübarizə aparır, xərçəngə qarşı da güclü təsir göstərir.

Alma qabıqları pektinlərlə zəngindir. Bu maddələr həzm sisteminin sağlamlığını qoruyur.

Badımcan

Badımcanın qabığı antioksidantlarla xüsusilə zəngindir. Antioksidantlar orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi hüceyrə səviyyəsində ziyanlı təsirlərdən qoruyur. 

Portağal

Portağal qabıqları qiymətli müalicəvi məhsuldur. Efir yağları ilə zəngin olan portağal qabıqları immun sistemini möhkəmləndirir, həzm proseslərini yaxşılaşdırır, sakitləşdirir.

Portağaldan şirə hazırladıqda qabıqlarını qətiyyən soymayın.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4584
avatar

Sevinc Fərid

Oxşar yazılar