Bu məhsulları gecə yemək olar
12 aprel 2023 06:21 (UTC +04:00)

Bu məhsulları gecə yemək olar

Gecələr karbohidratlarla zəngin qidalar yemək zərərlidir.

Lent.az-ın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu “Sputnik” radiosu dietoloq, Rusiya Nutritionistlər, Dietoloqlar və Qida Sənayesi Mütəxəssisləri İttifaqının üzvü Aleksandra Razarenovaya müsahibəsində deyib.

O qeyd edib ki, düzgün pəhriz gec nahar və qəlyanaltılardan çəkinməklə başlayır.

Gecələr karbohidratlarla zəngin qidalar yemək xüsusilə zərərlidir.

"Bunlar təkcə şirniyyat deyil, həm də dənli bitkilər, makaron, nişastalı tərəvəzlər, fast food, alkoqoldur" dedi diyetoloq.

Onun fikrincə, qanda qlükoza səviyyəsinin dəyişməsi, gecə yemək istəməkləəlaqələnir ki, bu da yuxunun keyfiyyətini pisləşdirə bilər.

Yatmazdan əvvəl qəlyanaltı yemək istəyirsinizsə, o zaman düzgün yağlar və protein komponentləri olan qidaları seçmək vacibdir. 

“Balqabaq və ya çətənə toxumu götürə bilərsiniz "deyə mütəxəssis bildirb.

O, əlavə edib ki, toyuq və ya bildirçin yumurtası, avokado və bitki çayı da faydalı olacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1995
avatar

Oxşar yazılar