Yapon alimlər yeni preparat üzərində işləyirlər.
Lent.az-ın xəbərinə görə, bu dərman yaşlı insanlarda yeni dişlərin çıxmasına imkan verəcək. Belə olacağı təqdirdə insanların diş protezi gəzdirməsinə ehtiyac qalmayacaq.
Yeni dərmanın kliniki sınaqları gələn yay başlayacaq.