Bioloji fəal qida əlavələri: gündəlik doza nə qədərdi? - Həkim danışır
21 dekabr 2020 17:04 (UTC +04:00)

Bioloji fəal qida əlavələri: gündəlik doza nə qədərdi? - Həkim danışır

Hər kəsin sağlamlığı birbaşa qəbul etdiyi qidadan asılıdır. Sağlam və düzgün qidalanmaq üçün rasionumuza vitamin və minerallarla zəngin qidaların daxil edilməsi vacibdir. Qida rasionunun zənginləşdirilməsində bioloji fəallığa malik qida əlavələrindən də istifadə olunur. Bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioloji aktivliyə malik bu məhsullar kapsul, həb, toz, sirop və digər formada hazırlanır. 

 

Bioloji fəallığa malik qida əlavələri əsas qidalandırıcı birləşmələr sinfinə daxil olan komponentlərin (vitamin, mineral və s.) orqanizmdə çatışmazlığının aradan qaldırılması, xüsusi fizioloji funksiyaların dəstəklənməsi və ya orqanizmin normal fəaliyyətinin təmin edilməsi baxımından qida rasionunu zənginləşdirmək məqsədilə istifadə olunur. 

 

Bəs bioloji fəallığa malik qida əlavələrinin gündəlik qəbuletmə dozası nə qədər olmalıdır?

 

Həkim- Fitoterapevt Elnur Eldaroğlu mövzu ilə bağlı Lent.az-a danışıb. Həkim bildirib ki, bioloji fəallığa malik olan qida əlavələri hər bir insanın xroniki xəstəliyindən, çəkisindən, yaşından asılı olaraq dozalandırılır:

 

“Onların da kifayət qədər siyahısı var. Amma daha çox mühiti qələviləşdirən qidalara, məsələn biz hər zaman təbii məhsullardan avakado, tərəvəzlərdən kələmə üstünlük verməyi, limonlu su içməyi tövsiyə edirik. Covid xəstəliyi keçirən adamlar hər zaman narahat olurlar ki, ağciyərim gec reabilitasiya olunacaq. Belə pasientlərə ananas şirəsi tövsiyə olunur. Limonlu su ilə yanaşı olaraq kinkan meyvəsi var, o eyni zamanda kumkuvat adlanır. Həm qanı durulaşdırır, həm şəkər, həm təzyiqi aşağı sala bilir, həmçinin də virus əleyhinə təsir göstərir”.

 

E.Eldaroğlu qeyd etdi ki, gündəlik bədənlərinin temperaturunu normallaşdırmaq, halsızlığı aradan götürmək üçün də xüsusi bitkilərdən istifadə etmək məsləhətdir:

 

“Buna misal olaraq cökə və itburnu kimi bitkiləri məsləhət görə bilərəm. Kiminsə öskürəyə meyilli, xroniki bronxiti varsa və bu tipli problemlərlə rastlaşırsa və yaxud da keçiribsə, keçibuynuzu meyvəsi dəmləməsi və propolis 20%-li  tinqtur istifadə etsin”.

 

Həkim bildirir ki, qidalarda şirniyyat və xəmir xörəklərini azaltsınlar:

 

“Yəni atidos prossesini - turşuluğu artıracaq məhsulları istifadə etmək tövsiyə etmirik. Burun və boğazın soda ilə qarqara olunmasın tövsiyə edirik, həmçinin daxilə də içilə bilər. 14 gün müddətində gündə bircə dəfə daxilə içmək kifayət edər”.

 

Fitoterapevt Elnur Eldaroğlu bir gün ərzində qəbul edə biləcəyimiz bioloji fəallığa malik qida əlavələrinin resseptini də təqdim etdi.

 

“Vitamin C 1000, E vitamini (E) qəbul etmək, 15-20 dəqiqə günəşdə oturmaq və gündə bir yumurta yemək lazımdır. İstirahət edin, ən azı 7-8 saat yatın. Gündə 1,5 litr su içmək vacibdir. Yediyiniz bütün yeməklər isti olmalıdır. Bundan əlavə, yaşıl limon - pH 9/9 , sarı limon - 8,2 pH,  avokado - 15,6 pH sarımsaq - 13.2 pH, mango - pH 7/8, mandarin - 8,5 pH, ananas - 12,7 pH, portağal - 9.2 pH qəbul etməyi unutmayın”.

 

Qeyd edək ki, bioloji fəallığa malik qida əlavələrini alarkən qablaşma üzərində olan və ya içlik vərəqəsində qeyd olunmuş istifadə təlimatı ilə diqqətlə tanış olmaq lazımdır. Bu imkan verəcək ki, aldığımız məhsulun potensial faydaları ilə bərabər, yaratdığı riskləri, gündəlik qəbuletmə dozası və əks göstərişləri ilə bağlı məlumatlı olaq. Hər bir qida əlavəsinin keyfiyyəti, təhlükəsizliyi və effektivliyi onun yalnız müəyyən edilmiş qəbuletmə dozalarında özünü göstərir.

# 5913
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar

Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ

Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ

18 may 2024 , 13:30
yağ

Bu yağlar qanda laxtalanma riskini artırır

18 may 2024 , 10:12
Elektron siqaret çəkmək  hansı xəstəliklərə   səbəb olur?

Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

17 may 2024 , 19:17
Banan yeməyin  faydaları və zərərləri

Banan yeməyin faydaları və zərərləri

17 may 2024 , 16:42
Qaraciyəri  təmizləyən   qidaların SİYAHISI

Qaraciyəri təmizləyən qidaların SİYAHISI

17 may 2024 , 15:47
Şəkərli diabet

Bu vərdiş diabet riskini azaldır

17 may 2024 , 11:36
Qarın piylərindən  qurtulmağın yolu

Qarın piylərindən qurtulmağın yolu

17 may 2024 , 11:14
yuxusuzluq

Niyə yuxuya ehtiyacımız var? - Alimlər AÇIQLADI

17 may 2024 , 10:30