"Microsoft" korporasiyasının banisi Bill Qeyts pandemiyanın bitəcəyi vaxtı açıqlayıb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, 2019-cu lin sonundan yayılan yeni koronavirus infeksiyasına 150 milyona yaxın insan yoluxub. 3,1 milyondan çox şəxs vəfat edib. Hazırda dünyada hər gün 12 mindən çox insan COVID-19 virusundan həlak olur.
"Microsoft" korporasiyasının banisi Bill Qeyts
Noyabr ayından dünyada peyvəndlənmə prossesi başlasa da, 7 milyard insan hələ də peyvənd olunmayıb.
Qeytsin təxminlərinə görə, insanlar 2021-ci ilin sonuna kimi normal həyata qayıtmayacaqlar. O, COVID-19 virusunun 2022-ci ilin sonunda bitəcəyini bildirib.