Bel ağrısının dişlərlə necə əlaqəsi var? – Həkim danışır
25 oktyabr 2023 10:38 (UTC +04:00)

Bel ağrısının dişlərlə necə əlaqəsi var? – Həkim danışır

Dişlər və bel ağrısı arasındakı əlaqənin mümkün səbəblərindən biri oynaq innervasiyasıdır. Bu, dişlərə gedən sinirlərin bədənin digər hissələrinə, o cümlədən kürəyə gedən sinirlərlə əlaqəsi ilə bağlıdır. Bunun nəticəsində "refleks ağrı" yarana bilər - ağrı siqnalı ümumi sinir əlaqələri vasitəsilə başqa bir bölgədə əks olunur.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə stomatoloq Natalya Yurçenko bildirib.

“Məsələn, diş və diş əti xəstəlikləri, kök kanallarının iltihabı, diş çürüməsi və ya periodontit (dişi əhatə edən toxumaların iltihabı) tez-tez ağız nahiyəsində sinir reseptorlarının iltihabına və aktivləşməsinə səbəb olur. Bu ağrı siqnalı sinir yolları boyunca yayıla və bədənin digər hissələrində, o cümlədən kürəkdə ağrı və ya narahatlığa səbəb ola bilər”, - Yurçenko izah edib.

O, həmçinin qeyd edib ki, dişlərdə ağrılar çeynəməni ağırlaşdırır. Bu da öz növbəsində arxa əzələlərdə əlavə gərginliyə və bu nahiyədə ağrılara səbəb olur.

“Bundan əlavə, bəzi diş problemləri üz, boyun və çiyinlərdə əzələ gərginliyinə səbəb ola bilər ki, bu da kürək nahiyələrinə yayılır. Məsələn, bu, düzgün olmayan dişləmə və ya ağızın anatomiyasına uyğun olmayan protezlər səbəbindən mümkündür”, - deyə həkim əlavə edib.

O, dişlərin və diş ətlərinin sağlamlığının bədənin ümumi vəziyyəti ilə əlaqəli olduğunu qeyd edib. Ağızdakı xroniki iltihab, immunitet sisteminə və iltihaba təsir göstərə bilər ki, bu da nəticədə bədənin digər hissələrinə təsirsiz ötüşmür.

“Dişlər və bel ağrısı arasındakı əlaqənin olduqca mürəkkəb və fərdi ola biləcəyini başa düşmək vacibdir. Əgər bel ağrılarınız varsa, xüsusən də ağız boşluğunun xəstəlikləri ilə müşayiət olunursa, lazımi müayinələr aparmaq və bu ağrının mümkün səbəblərini müəyyən etmək lazımdır”, - Yurçenko yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3465
avatar

Fidan İlqar

Oxşar yazılar