Bağırsaq xərçəngini  yaradan faktor aşkarlandı
26 mart 2024 14:50 (UTC +04:00)

Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı

ABŞ-ın Fred Hatçinson Xərçəng Mərkəzinin alimləri aşkar ediblər ki, ağız boşluğunda yaşayan “Fusobacterium nucleatum” bakteriyası bağırsaqlara keçərək aqressiv şişlərin əmələ gəlməsinə səbəb ola bilir. Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqat zamanı alimlər kolorektal xərçəngi olan 200 xəstənin təqdim etdiyi şiş toxuması nümunələrini araşdırıblar. Daha sonra kolon xərçəngi olan və olmayan insanların nəcisinin bakterial tərkibi təhlil edilib. Məlum olub ki, kolon xərçəngi hallarında şiş strukturlarında müəyyən bir alt tipdə olan bakteriyalar daha çox aşkar edilib.

Xüsusilə, “Fusobacterium nucleatum”un olması kolorektal xərçəngin aqressiv formalarının inkişafı ilə əlaqələndirilib. Tərkibində “Fusobacterium nucleatum” olan kolorektal şişləri olan insanlar (təxminən 50% hallarda) bu bakteriyası olmayan xəstələrlə müqayisədə zəif sağalma və müalicə üçün daha pis proqnoza malikdirlər.

Alimlər qeyd ediblər ki, “Fusobacterium nucleatum” insanın ağız və burun boşluqlarında yaşayır. Şişləri zəbt edən bakteriya növü mədə turşusu ilə öldürülmədən mədə və bağırsaqlara keçməyə imkan verən xüsusi genetik qabiliyyətlərə malikdir. Bu bakteriyalar yoğun bağırsağa çatdıqda təhlükəli, sürətlə böyüyən şişlərin əmələ gəlməsinə səbəb ola bilirlər.

# 2334
avatar

Oxşar yazılar

Yataraq arıqlaya bilərsiniz! - NECƏ?

Yataraq arıqlaya bilərsiniz! - NECƏ?

27 aprel 2024 , 15:45
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI

Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI

27 aprel 2024 , 11:49
Üzünüzə küncüt çəkin və effektini görün

Üzünüzə küncüt çəkin və effektini görün

27 aprel 2024 , 03:35
Başgicəllənmənin 4 səbəbi  AÇIQLANDI

Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI

26 aprel 2024 , 19:49
Poliklinikalardakı sıxlığın  səbəbi AÇIQLANDI

Poliklinikalardakı sıxlığın səbəbi AÇIQLANDI

26 aprel 2024 , 12:32
Yaxşı yatmaq  üçün axşamlar BUNLARI YEYİN

Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN

26 aprel 2024 , 11:55
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN

Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN

26 aprel 2024 , 09:35
Daha  sürətli arıqlamaq   üçün yeməklərə bunu ƏLAVƏ EDİN

Daha sürətli arıqlamaq üçün yeməklərə bunu ƏLAVƏ EDİN

25 aprel 2024 , 13:15