Bağırsaq mikroflorasına faydalı məhsullar açıqlanıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə endokrinoloq Zuxra Pavlova danışıb.
O, turşu kələmi bağırsaq mikroflorası üçün faydalı məhsul adlandırılıb.
“Bağırsağın mikroflorası – və ya mikrobiota – təkcə toxunulmazlıqda deyil, həm də maddələr mübadiləsində və hətta beyin funksiyasında çox mühüm rol oynayır. Və bu mikrobiota fermentləşdirilmiş məhsulları sevir”, - deyə həkim qeyd edib.
Onun sözlərinə görə, bütün turşu tərəvəzlər faydalıdır: kələm, turşu yerkökü, duzlu xiyar, turşu alma. Fermentasiya edilmiş süd məhsulları da sağlam mikrobiomu dəstəkləyə bilər. Ən yaxşı məhsul kefirdir, lakin qatıqlar, matsoni, tan-ayran da aktualdır.
Bundan əlavə, mütəxəssis gündə bir stəkan evdə hazırlanmış kvas və ya kombucha (kombuça) içməyi və karbohidratların həddindən artıq istehlakından çəkinməyi tövsiyə edib.