Azərbaycanda  1000-dən çox   adam zəhərlənib, ölənlər var
02 fevral 2023 14:10 (UTC +04:00)

Azərbaycanda 1000-dən çox adam zəhərlənib, ölənlər var

Yanvar ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 1161 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 128-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 59-u dərmandan, 20-si sirkə turşusundan, 18-i dəm qazından, 11-i alkoqollu içkidən zəhərlənib. Digərlərindən 4-ü anafilaksiya, 11-i allergik reaksiya, 5-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 54-ü qadın, 48-i kişi, 26-sı isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 1 nəfər sirkə turşusundan, 1 nəfər metil spirtindən, 1 nəfər isə dəm qazından dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 3-ü kişi, 1-i qadındır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2484
avatar

Oxşar yazılar