Ciddi pəhrizlər və güc məşqləri ilə özünüzü yormadan çəki itirə bilərsiniz.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dietoloq Vasilisa Ponomareva bunun sadə yollarının olduğunu deyib.
Bu sadə yollardan biri, əlinizlə yemək yeməkdir. Sağ əllilər sol əlinə çəngəl götürməlidirlər (solaxaylar isə sağ əlinə) - bu orijinal üsul arıqlamağınıza kömək edə bilər. Çünki siz avtomatik olaraq daha yavaş və daha şüurlu yemək məcburiyyətində qalacaqsınız. Təxminən 20 dəqiqə ərzində özünüzü tox hiss etdiyinizi nəzərə alsaq, bu yanaşma, həqiqətən, diqqətinizi hissələrə ayırmağa və daha az yeməyə imkan verəcək.
Başqa bir hiylə güzgü qarşısında nahar və ya şam yeməyi yeməkdir. Psixoloqların fikrincə, yemək yeyərkən güzgüdə özünə baxan insanlar daha az yağlı yemək yeyirlər. Ponomareva izah edib ki, öz əksiniz özünə inamı artırır və sizi daha sağlam qidalar seçməyə təşviq edir.
O, həmçinin vurğulayıb ki, bu üsullar hiylədir, amma ən əsas məsələ pəhriz saxlamaqdır. Qida rasionunuz tərəvəz, paxlalılar və bütün taxıllarla zəngin olmalıdır.