Alkoqoldan tamamilə  imtina etməyin   FƏSADLARI
02 noyabr 2023 16:00 (UTC +04:00)

Alkoqoldan tamamilə imtina etməyin FƏSADLARI

Dietoloq Yelena Solomatina spirtdən imtinanın bir insanın sağlamlığına necə təsir etdiyini izah edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, alkoqolun dağıdıcı təsiri səbəbindən insanın bütün bədənində, o cümlədən üzün dərisində damarlar görünməyə başlayır.

Alkoqollu içkiləri həyatından çıxaran insan görünüşünü əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Bundan əlavə, spirtdən imtina qaraciyər, beyin və sinir sisteminin fəaliyyətinə faydalı təsir göstərəcək. Həkim tez-tez alkoqollu içki qəbul edən şəxslərdə qaraciyərin sürətlə yağlandığını vurğulayıb.

Dietoloq, spirtin beyin hüceyrələrini məhv edə və bir növ zehni reaksiyalara səbəb ola biləcəyini xatırladıb. Solomatina absinti çox zərərli spirt növü adlandırıb: "Bu, tez bir şəkildə dağıdıcı təsir göstərir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4959
avatar

Fidan İlqar

Oxşar yazılar