Alimlər insanın maksimum ömrünü  açıqladılar
11 avqust 2023 10:18 (UTC +04:00)

Alimlər insanın maksimum ömrünü açıqladılar

Alimlər maksimum insan yaşını açıqlayıblar.

Lent.az xəbər verir ki, Sinqapurda yerləşən Gero biotexnologiya şirkəti və ABŞ-ın Buffalo şəhərində yerləşən Roswell Park Kompleks Xərçəng Mərkəzindən bir qrup tədqiqatçı bir insanın yaşaya biləcəyi maksimum yaşı öyrənmək üçün təcrübə aparıb.

Bu zaman süni intellektin istifadəsi 100 minə yaxın könüllünün məlumatlarını öyrənməyə imkan verib.

Qeyd olunur ki, insan orqanizminin regenerasiya qabiliyyətinə dair silsilə tədqiqatlar da həyata keçirilib.

Alınan informasiyaları təhlil edən alimlər belə qənaətə gəliblər ki, insan orqanizmi 120-150 il arasında bərpa qabiliyyətini itirir. Təbabətin hazırkı səviyyəsi ilə bu, bir insanın nəzəri olaraq yaşaya biləcəyi maksimum yaşdır.

Məlumata görə, elm adamları qocalmanı yavaşlatmağın yolunu tapıblar. Tədqiqatçıların fikrincə, pəhrizin mövcudluğu və ya enerji xüsusiyyətləri deyil, aclığın özü qocalmanı ləngidə bilər.

Aclıq hissi, heyvanın kaloriləri kəsmədən orucun cavanlaşdırıcı təsirinə səbəb ola bilər. Alimlər yeni bir araşdırmada qocalmanı yavaşlatmaq üçün sadəcə ac hiss etməyin kifayət olduğunu aşkar ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 68208
avatar

Sevinc Fərid

Oxşar yazılar