Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzusu albinizmlə bağlıdır.
Albinizm nədir?
Lent.az xəbər verir ki, albinizm anadangəlmə orqanizmdə melanin piqmentinin çatışmazlığıdır:
Həmçinin albinizm genetik xəstəlikdir. Belə insanlarda piqmentlər inkişaf etmədiyi üçün onların rəngi ağ olur. Bu hal insan dərisində, saçlarda və gözlərdə həmin hissələrin normal rəngini verən boya maddəsinin irsi olaraq yoxluğudur. Həkimlər albinoslara gün işıqlarından həm dərini, həm də gözləri qorunmağı tövsiyə edirlər.
Albinizmə heyvanlar arasında da rast gəlinir. On min heyvandan birinin albinos olduğu təxmin olunur.