Ağcaqanadlarla  yoluxan xəstəliklər   artmaqdadır
28 iyun 2023 14:14 (UTC +04:00)

Ağcaqanadlarla yoluxan xəstəliklər artmaqdadır

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi son bir ildə Avropada ağcaqanadlarla yoluxan xəstəliklərin sayının əhəmiyyətli dərəcədə artmasından narahatdır.

Lent.az bildirir ki, bu barədə “Reuters” məlumat verib.

Son bir il ərzində tədqiqatçılar 2010-cu ildən 2021-ci ilə qədər olan müddət ərzində demək olar ki, çox sayda Denge qızdırması hadisəsini qeydə alıblar. Bu xəstəliklə xəstə, bir qayda olaraq, qızdırma və əzələ ağrısından şikayətlənir. Amma bu xəstəliklə yanaşı, Avropa ölkələrində Zika virusu, çikunqunya və Qərbi Nil virusu da yayılmağa başlayır.

Ekspetlər qeyd edirlər ki, bu, ilk növbədə iqlim dəyişikliyi və ağcaqanad daşıyıcılarının yayılması ilə bağlıdır. Vəziyyət normala qayıtmasa, o zaman ölüm halları da artmağa başlayacaq, ona görə də indi diqqəti bu həşəratların populyasiyasına qarşı mübarizə yollarına yönəltmək, xüsusən də nəzarəti gücləndirmək və şəxsi mühafizə tədbirləri görmək lazımdır.

Qeyd edək ki, Aedes albopictus ağcaqanad növü çikunqunya və dang qızdırması yayır. Denge, sarı qızdırma və chikungunya yayan başqa bir növ, Aedes aegypti, keçən il Kiprə yol tapıb və "daha irəliləyiş əldə edə bilər".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1533
avatar

Oxşar yazılar