Sara Smit
05 dekabr 2020 13:16 (UTC +04:00)

Sara Smit

8 stəkan su nələri dəyişə bilər?

Sara Smit adlı qadın sosial şəbəkədə etdiyi " əvvəl və sonra" foto nümunəsi ilə içməli suyun nə qədər faydalı olduğunu nümayiş etdirib. 

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, 42 yaşlı Sara Smit uzun müddətdir baş ağrısı və həzm problemlərindən əziyyət çəkirdi.  Kömək üçün müraciət etdiyi nevroloq və dietoloq  ona gündə ən az üç litr təmiz su içməyi məsləhət görür.

 O, 28 gün ərzində həkimlərin təlimatlarını yerinə yetirib və görünüşünün necə dəyişdiyini müşahidə etmək üçün gündəlik tərtib edib. Daha sonra bunu öz “Twitter” izləyiciləri ilə bölüşüb:

 1-ci həftə: Bədəndə xırda səpgilər meydana çıxdı - bu bədənin toksinlərdən təmizlənməsinin nəticəsi idi.  Baş ağrıları yoxa çıxdı və oynaqların hərəkətliliyi yaxşılaşdı.

 2-ci həftə: Dəri daha vahid  ton aldı,  göz ətrafındakı qırışlar və qaraltılar azalmağa başladı.

3-cü həftə: Göz altındakı tünd dairələr və qırışlar  tamamilə görünməzdir.  Dəri nəzərə çarpacaq dərəcədə dartılıb.  Gözlərdəki quruluq yoxa çıxıb. 

 4-cü həftə : Özümü daha arıq və sağlam hiss edirəm. Həyat yoldaşım və dostlarım deyirlər ki, on yaş cavan görünürəm.

28 günlük dövrün sonunda Sara öz vəziyyətini təsvir edərək, su istehlakının artması səbəbindən daha az yediyini və buna görə də arıqladığını qeyd edir.

Yaxşı nəticədir!  Və mütləq cəhd etməyə dəyər.  Gündə bir neçə stəkan su ilə başlaya bilərsiniz . Bu, görünüşünüzü dəyişdirmək üçün kifayət edəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3015
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar