Türkiyənin Yozgat şəhərində maqnit muncuqlar udan 4 yaşlı uşaq əməliyyat olunub.
Lent.az xəbər verir ki, Yozgat Şəhər Xəstəxanasında əməliyyat olunan uşağın bağırsağından 13 ədəd maqnit muncuq çıxarılıb.
Oyun məqsədi ilə satılan bu maqnitlər müxtəlif rənglərdə və parlaq quruluşda olduğu üçün uşaq onları konfet zənn edərək udub.