Mütəxəssislər ən azı 30 gün alkoqoldan uzaq durmaqla fiziki və psixi sağlamlığınızdakı dəyişikliklər barədə danışıblar. Bu dəyişikliklər özlərini alkoqollu içkilərin əsl pərəstişkarı hesab edənləri alkoqoldan imtina etmək barədə düşünməyə vadar edə bilər.
Lent.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Yuxu
Spirtli içkilərdən qaçmaq yuxunu yaxşılaşdırır, bu da öz növbəsində ümumi sağlamlığınıza müsbət təsir edir. Yatmağa yaxın spirtli içki qəbul etmək istirahətinizin keyfiyyətini poza və ertəsi gün yuxusuzluq hissi yarada bilər.
Beyin
30 gündə içkisiz həyat beyin fəaliyyətində və ümumi əhval-ruhiyyədə əhəmiyyətli irəliləyişlərə səbəb ola bilər. Məsələ burasındadır ki, spirt beyinə zərər verir və qısa zamanda uzunmüddətli zədələrə (məsələn, zəif qərar qəbuletmə və yaddaş problemləri kimi) gətirib çıxarır.
Qaraciyər
Alkoqol qəbulu bir çox xəstəliklərin inkişaf riskini artırır ki, bunlardan biri də qaraciyər xəstəliyidir. Bir şəxs alkoqoldan imtina edərsə, o, qaraciyərin funksiyalarını bərpa etmək və yaxşılaşdırmaq üçün imkanlar verəcək.
Çəki
Həddindən artıq miqdarda spirt çəkinin artımına səbəb olur. Maddələr mübadiləsini yavaşlatır və eyni zamanda çox yüksək kalori yığır. Bu iki amil səbəbiylə qeyri-sağlam bir vəziyyət və piylənmə yarana bilər.
Həzm
Bir çox insan spirtli içki qəbul etdikdən sonra mədə pozğunluğu və ya turşu refleksi yaşayır. Bu içkilər tez-tez qaraciyərin və ya mədənin selikli qişasının iltihabına səbəb olur. Buna görə də ən azı müvəqqəti olaraq onlardan qaçmaq orqanizmə müsbət təsir göstərəcək.