Smartfonların beyinə necə təsir etdiyi  AÇIQLANDI
07 aprel 2021 18:56 (UTC +04:00)

Smartfonların beyinə necə təsir etdiyi AÇIQLANDI

Smartfonlar və axtarış sistemləri insan beyninin vəziyyətinə olduqca mənfi təsir göstərir.

Lent.az xarici mediaya istinadla bildirir ki, alimlər, istifadəçilərin əksəriyyətinin məlumatları əzbərləmək üçün cihazlarına etibar etməyi üstün tutduqları üçün bunun insan yaddaşının inkişafının deformasiyasına səbəb olduğunu öyrənə biliblər.

Bu tədqiqatı Kasperski Laboratoriya”sının mütəxəssisləri aparıb.

Mütəxəssislər təcrübələri üçün müxtəlif Avropa ölkələrindən 16 yaşdan yuxarı altı minə yaxın insanı cəlb ediblər. Məlum olub ki, onların təxminən 40 faizi bütün şəxsi məlumatlarını mobil telefonlarında saxlayır.

Bu tendensiya "Google effekti" və ya rəqəmsal məlumat itkisi adlandırılır. Bunun səbəbi, cihazın sahibinin artıq cihazından silinmiş məlumatlara qayıtmamasıdır. Ən parlaq nümunə mobil telefon nömrəsidir. İnsanlar indi nadir hallarda rəqəmləri xatırlayır və ya əlavə olaraq bir dəftərə yazırlar. Nəticədə, telefon nömrəsi silinirsə, istifadəçi artıq bu əlaqəyə qayıtmır və nadir hallarda bərpa edir.

Alimlər, istifadəçilərin yalnız kiçik bir hissəsinin özlərini qorumağa və fərdi məlumatları smartfonlarda saxlamamağa çalışdıqlarını da öyrəniblər.
 

# 2265
avatar

Oxşar yazılar