Nə yeməyinizə qərar verməyə kömək edəcək bələdçi sadədir: az protein, çox su! Tez-tez təzə meyvə və tərəvəz yemək və bol su içmək isti havalarda olduqca vacibdir. Bundan əlavə, bədənin susuz qalmasına səbəb olan qırmızı ətlərdən və şəkərli içkilərdən uzaq durmalısınız.
Lent.az xarici KİV-ə istinadən isti havada susuz qalmağınızın qarşısını alan və yay aylarında vücudunuzun sağlam fəaliyyətinə kömək edəcək 10 növ qidanı təqdim edir.
Yaz mövsümündə vitaminlərdən və minerallardan ən yaxşı şəkildə istifadə etmək üçün meyvələri yeməkdən sonra istehlak etmək lazımdır. Bəs hansı meyvələri?
Qarpız
Yaz mövsümünün ideal meyvəsi olan qarpız, yüksək temperaturdan yaranan yorğunluq və zəifliklə mübarizə üçün əla vasitədir. Çünki 90 faizi su olan bu meyvədə bol miqdarda A, C və B vitaminləri, karoteonidlər, maqnezium və kalium var. Təmizləyici xüsusiyyətlərə də sahib olan qarpız, yay mövsümünün təravətləndirici meyvələrindən biridir.
Qovun
A və C vitaminləri ilə zəngin olan qovun, şirəli və təravətləndirici quruluşu ilə yüksək temperatura qarşı əla bir meyvədir. Qan təzyiqinin tarazlaşdırılmasında təsirli bir qida olaraq da bilinir.
Şaftalı
Həm sulu olması, həm də bol C vitamini zənginliyi ilə seçilən bir meyvədir. Dəmir, kalsium və kalium tərkibli şaftalı yayda bədənin ehtiyac duyduğu vitaminlərlə doludur. Bundan əlavə, sidikqovucu xüsusiyyəti bədənin təmizlənməsinə kömək edən faydalı bir meyvə halına gətirir. Şaftalı, meyvə salatları və buzlu içkilər hazırlamaq üçün idealdır.
Albalı, çiyələk, ərik və əncir də su və vitamin tərkiblidir
Bu meyvələrlə yanaşı həm yüngül, həm də su ilə zəngin olan mövsümi tərəvəzlər də var. Tərəvəzlərin qida dəyərini qorumaq üçün onları mümkün qədər çiy istehlak etmək lazımdır.
Balqabaq
Son dərəcə aşağı kalorili və bol su ehtiva edən balqabaq kalsium, fosfor, dəmir və kalium kimi son dərəcə zəngin bir mineral mənbəyidir. Tərkibində A və C vitaminləri var.
Pomidor
Bol sulu olması ilə seçilən digər tərəvəz isə pomidordur.
Xiyar
Təxminən 96 faizi su və C vitamini ilə zəngin olan xiyarın tərkibində fosfor, kalium və kalsium kimi çoxlu mineral var. Dərinin təmizlənməsi və təravətləndirilməsində də böyük rol oynayır.