Sağlamlıq üçün gündə nə qədər qəhvə içmək olar?
11 avqust 2023 06:35 (UTC +04:00)

Sağlamlıq üçün gündə nə qədər qəhvə içmək olar?

Qastroenteroloq, dietoloq Nuriya Dianova sağlamlığa zərər vermədən gündə neçə fincan qəhvə içə biləcəyinizi söylədi.

Lent.az "News.ru"ya istinadən xəbər verir ki, həkim qəhvəni beyin fəaliyyətinin stimulyatoru adlandırıb.

Lakin artıq içildikdə ürək döyüntüsünün sürətlənməsinə təsir edir..

"Gündə iki stəkandan çox qəhvə içməməlisiniz, ardıcıl olaraq deyil, səhər, məsələn, axşam saat 4-5 ətrafında içməlisiniz", - deyə həkim bildirib.

Onun sözlərinə görə, qəhvə mədə və yemək borusuna mənfi təsir edərək, xlorid turşusunun həddindən artıq ifrazına səbəb olur.

Həkim əhvalı qaldırmaq üçün əlavə bir fincan qəhvəni kiçik idmanla və ya gündüz yuxusu ilə əvəz etməyi təklif etdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2269

Oxşar yazılar