Quru əncirin faydaları və zərərləri
29 iyun 2024 23:48 (UTC +04:00)

Quru əncirin faydaları və zərərləri

Əncir tərkibindəki kalium, kalsium, antioksidantlar və A, E və K vitaminləri ilə insan sağlamlığını qorumağa kömək edir.

Lent.az xəbər verir ki, vitamin və minerallarla zəngin bir meyvə olan əncirin bir çox faydası var. Antioksidantlarla zəngin olan qurudulmuş əncir immuniteti gücləndirir, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

Ümumiyyətlə, quru xurma ilə yanaşı, qurudulmuş əncirlə də orqanizmin şəkərə olan ehtiyacını aradan qaldırmaq olar. Təzə əncirin tərkibində qurudulmuş əncirdən daha çox vitamin və mineral var. Ancaq təzə əncir qədər quru əncirin də faydaları çoxdur.

Əncir tərkibindəki kalium, dəmir, kalsium, antioksidantlar və kompleks karbohidratlar olan mükəmməl bir meyvədir.

Qəbizliyin müalicəsində quru əncir təzə əncirdən daha təsirli ola bilər. Lakin meyvələr quruduqda şəkərin miqdarı artdığı üçün quru əncirin şəkəri və kalorisi daha yüksəkdir.

Xüsusilə şəkər xəstəsi olanların təzə və ya qurudulmuş əncirdən uzaq durmaları, istehlak edildiyi təqdirdə 1 ədəddən çox əncir yeməmələri tövsiyə edilir, çünki tərkibində şəkər yüksəkdir və qanda şəkərin ani artmasına səbəb olur.

Tövsiyə olunan miqdar keçilmədiyi müddətcə ənciri pəhriz siyahılarına asanlıqla əlavə etmək olar. 2 quru əncir və ya 2 təzə əncir təxminən 60 kaloridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4290
avatar

Oxşar yazılar