Göbələklər düzgün şəkildə necə emal olunmaldır? –  İnfeksionistdən məsləhət
25 sentyabr 2024 02:19 (UTC +04:00)

Göbələklər düzgün şəkildə necə emal olunmaldır? – İnfeksionistdən məsləhət

Göbələklərin düzgün emal edilməməsi sinir sisteminə təsir edən potensial ölümcül yoluxucu xəstəlik olan botulizmə səbəb ola bilər.

Lent.az xəbər verir ki, bu barədə Dubninsk xəstəxanasının baş həkiminin müavini, infeksionist Sergey Ryabov danışıb.

“Fakt budur ki, clostridium botulinum bu ciddi xəstəliyin sindromlarına səbəb olan toksindir. Bu, havasız şəraitdə inkişaf edən və yaşayan anaerob mikroorqanizmdir. O, göbələk və giləmeyvə üzərində uzun müddət qala bilər və ən əlverişli olan oksigensiz mühit yarandığı zaman aktiv formaya çevrilə bilər”, - deyə ekspert deyib

Yoluxucu xəstəliklər üzrə mütəxəssis göbələkləri istehlak edərkən və emal edərkən iki əsas təhlükəsizlik qaydasını qeyd edib.

Bunlardan biri onların yaxşıca yuyulması, ikincisi isə istiliklə emal edilməsidir. Göbələklər emal olunmazdan əvvəl qaynadıldığı zaman parazitlər ölür ki,, bu da xəstəlik ehtimalını aradan qaldırır.

Ryabov qeyd edib ki, yol boyu satılan konservləşdirilmiş məhsullardan çəkinməyə dəyər, çünki onların emalı barədə dəqiq məlumat tapmaq mümkün deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2076
avatar

Oxşar yazılar