Zhejiang Universitetinin çinli alimlərindən ibarət bir qrup 3D printerdən istifadə etməklə istehsal oluna bilən balıq ətinin bitki əsaslı imitasiyasını yaradıb.
Lent.az xəbər verir ki, mütəxəssislərin fikrincə, hazır məhsullar əsl balığa çox bənzəyir. Tədqiqat “Food Physics” elmi jurnalında dərc olunub.
Balığın ət quruluşuna bənzərliyə nail olmaq üçün komanda KT müayinəsi aparıb və əzələ və yağın paylanmasının 3D modelini əldə edib.
Daha sonra elm adamları heyvan toxumasının teksturasını yenidən düzəltmək üçün soya proteini izolatı, nişasta və başqa bir neçə maddədən istifadə ediblər.
Bundan sonra alimlər həmin maddələri 3D printerlə çap edərək 90 % dəqiqliyə nail olublar. Tədqiqatçılar əlavə ediblər ki, simulyasiya edilmiş ətin teksturası, rütubət paylanması və qida maddələrinin tərkibi həqiqi balıqlara yaxındır.