Ərdoğan və Putin İlham Əliyevi təbrik etdi
25 may 2024 10:58 (UTC +04:00)

Ərdoğan və Putin İlham Əliyevi təbrik etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Lent.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Prezident, Əziz Qardaşım.

Zati-alinizi və can Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan indiyə qədər keçdiyi yol bizi qürurlandırır.

Türkiyə olaraq kədərdə də, sevincdə də bir olduğumuz qardaş Azərbaycanın 2023-cü ilin sentyabr ayında ərazi bütövlüyünü uğurla bərpa etməsindən sonrakı ilk Müstəqillik Günündə duyduğu haqlı qürur və sevincini ürəkdən bölüşürük. Azərbaycanın həm regionda, həm də yaxın coğrafiyada nail olduğu irəliləyişlərlə daim fəxr edir və yüksək səviyyəli strateji əlaqələrimizi "Bir millət, iki dövlət" ruhu ilə daha da gücləndirmək istiqamətindəki birgə iradədən böyük məmnunluq hissi keçiririk.

Fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik diləyir, qardaş Azərbaycan xalqının xoş günləri və rifahı üçün ən səmimi arzularımı bir daha ifadə edirəm".

Həmçinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təbrikində deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Azərbaycan sosial-iqtisadi inkişaf istiqamətində hamı tərəfindən qəbul edilən uğurlar qazanıb, dünya arenasında layiqli nüfuza malikdir və beynəlxalq gündəlikdəki mühüm məsələlərin həllində fəal iştirak edir.

Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, gələcəkdə də bütün sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığı, o cümlədən regional məsələlərdə səylərin əlaqələndirilməsini planlı şəkildə artırmağa birgə davam edəcəyik. Bu, şübhəsiz ki, dost xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər dənizində təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məcrasında davam edir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən cansağlığı və uğurlar, bütün Azərbaycan vətəndaşlarına isə xoşbəxtlik və tərəqqi arzulayıram".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1995
avatar

Oxşar yazılar

Mehriban Əliyevadan Milli Qurtuluş Günü PAYLAŞIMI

Mehriban Əliyevadan Milli Qurtuluş Günü PAYLAŞIMI

15 iyun 2024 , 10:58
İlham Əliyevdən BAYRAM TƏBRİKİ

İlham Əliyevdən BAYRAM TƏBRİKİ

14 iyun 2024 , 13:57
İlham Əliyev Qahirədə Əs-Sisi ilə görüşüb

İlham Əliyev Qahirədə Əs-Sisi ilə görüşüb

8 iyun 2024 , 12:56
Azərbaycan Prezidenti Misirdə rəsmi səfərdədir

Azərbaycan Prezidenti Misirdə rəsmi səfərdədir

7 iyun 2024 , 19:36
Azərbaycanın bu ölkəyə yeni səfiri  təyin edildi

Azərbaycanın bu ölkəyə yeni səfiri təyin edildi

6 iyun 2024 , 16:13
Bu rayonun icra başçısı işdən çıxarıldı

Bu rayonun icra başçısı işdən çıxarıldı

6 iyun 2024 , 13:07
DTX ilə bağlı fərmanda DƏYİŞİKLİK

DTX ilə bağlı fərmanda DƏYİŞİKLİK

6 iyun 2024 , 10:34
Prezident ona "Şöhrət" ordeni  verdi

Prezident ona "Şöhrət" ordeni verdi

5 iyun 2024 , 16:06