Mehriban Əliyevadan “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qalib gələn idmançımıza  TƏBRİK
01 sentyabr 2021 17:23 (UTC +04:00)

Mehriban Əliyevadan “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qalib gələn idmançımıza TƏBRİK

Birinci vitse-prezident Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qalib gələn idmançımız Vəli İsrafilov təbrik edib.

Lent.az-ın məlumatına görə, bu barədə M.Əliyeva “İnstagram” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Ölkəmizə növbəti, 11-ci qızıl medalı qazandırdı. Azərbaycanın paralimpiya rekordunu yeniləmiş ən gənc çempionunu səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram. İdmançımız Vəli İsrafilov “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti, 11-ci qızıl medalı qazandırdı. Azərbaycanın paralimpiya rekordunu yeniləmiş ən gənc çempionunu səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram".

# 1815
avatar

Oxşar yazılar