Limonu necə yemək lazımdır, qabıqlı ya qabıqsız?
14 fevral 2026 12:58 (UTC +04:00)

Limonu necə yemək lazımdır, qabıqlı ya qabıqsız?

0

Bir çox insan limonu C vitamininin əsas mənbəyi hesab edir, lakin onu necə yeməyin daha faydalı olduğunu dəqiq bilmir. Bəziləri qabığını tamamilə soyur, digərləri isə dilimləri bütöv şəkildə yeyir. Dietoloqlar isə bildirirlər ki, düzgün seçim dad yox, əldə etmək istənilən faydadan asılıdır.

Lent.az xəbər verir ki, limonun qabığında antioksidantlar onun iç hissəsi ilə müqayisədə bir neçə dəfə çoxdur.

Lakin qabığı təmiz formada yemək çətin ola bilər, çünki o, həm acı, həm də sərtdir. Bu səbəbdən dietoloqlar qabığı rəndələyərək ilıq suya, salatlara və ya desertlərə əlavə etməyi tövsiyə edirlər.

Qabığın altındakı ağ qat pektinlə zəngindir. Pektin xolesterinin azalmasına və bağırsaq fəaliyyətinin yaxşılaşmasına kömək edir. Bu hissə tez-tez atılsa da, əslində faydalı komponentlərdən biridir.

Əgər əsas məqsəd maksimum C vitamini qəbul etməkdirsə, limonun şirəli iç hissəsi kifayətdir. C vitamininin əsas konsentrasiyası məhz burada toplanır.

Bununla belə, limonu bütöv şəkildə yemək həssas mədəsi olan insanlar üçün uyğun deyil. Tərkibindəki turşu selikli qişanı qıcıqlandıra və qıcqırma yarada bilər. Mütəxəssislər limonu acqarına qəbul etməyi də məsləhət görmürlər, çünki bu, mədəyə əlavə yük yarada və ağrıya səbəb ola bilər.

Ən optimal üsul limonu yeməklərə və ya içkilərə əlavə etməkdir. Bu zaman turşu daha yumşaq təsir göstərir və orqanizm üçün daha təhlükəsiz olur.

Həmçinin limonun qabığını istifadə etməzdən əvvəl onu yaxşıca yumaq vacibdir. Sitrus meyvələrinin üzərində tez-tez mum və qoruyucu maddələrin izləri qalır. Mümkünsə, orqanik limon seçmək daha məqsədəuyğundur.

Bəzi insanlar limon qabığını rəndələyib dondurur. Bu üsul acılığı azaltmağa və qabıqdan rahat istifadə etməyə imkan verir.

Limon dərman deyil, qida məhsuludur. Onun faydası yalnız ölçülü istifadə zamanı özünü göstərir. Ən ideal seçim isə qabıq və iç hissəni birlikdə istifadə edərək dad və vitamin balansını qorumaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar