İnsan əti dadı verən   burger hazırlandı
02 iyul 2022 10:47 (UTC +04:00)

İnsan əti dadı verən burger hazırlandı

İsveçin “Oumph!” qida  şirkəti insan əti dadı verən burger hazırlayıb. Bu, vegeterianlar  üçün nəzərdə tutulub. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, şirkət bu innovativ məhsuluna görə, “Kann şirləri” festivalında  “Gümüş şir” mükafatına layiq görülüb. Burger soya, qida qlüteni, bitki yağları və ədviyyatların sirr kimi saxlanılan qarışığından haırlanacaq.

Bu burgeri hazırlamaqla şirkət bitkilərdən istənilən dadda ət əvəzləyicisi yaratmağın mümkünlüyünü sübut etməyə çalışıb.


 

# 1383
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar