Evdə “Waffle” necə hazırlayaq?- Cəmi 20 dəqiqə lazımdır -  Lent.az-ın MƏTBƏXİ
18 sentyabr 2021 18:48 (UTC +04:00)

Evdə “Waffle” necə hazırlayaq?- Cəmi 20 dəqiqə lazımdır - Lent.az-ın MƏTBƏXİ

Lent.az-ın mətbəxində bu dəfə sizə hazırlanması cəmi 20 dəqiqə çəkən 5-6 nəfərlik çox asan “waffle” resptini təqdim edəcəyik. 


Lazım olan ərzaqlar:

2 ədəd yumurta

1 yemək qaşığı şəkər tozu

1 stəkan süd

1 paket qabartma tozu

1 paket vanil

1.5 stəkan un

1 çay qaşığı duz

4 yemək qaşığı duru yağ

Hazırlanma qaydası:

Yumurta və şəkər tozunu köpürənə qədər çırpırıq. Üstünə süd, qabartma tozu, vanil, un, duz və duru yağı yavaş-yavaş əlavə edib çırpmağa davam edirik. Tost maşının qızdırıb, yağlayırıq. Hazırladığımız qarışımdan bir çömçə götürüb tosterin üzərinə yayırıq. Qabağını örtüb orta temperaturda bişənə qədər tez-tez yoxlayırıq. Bütün qarışımı bu cür bişiririk. “Waffle”nin rəni orta dərəcədə qızarmış olmalıdır. Hazır “waffle”ləri bir qaba alıb üstünü yuxarıda qeyd etdiyimiz meyvələrlə bəzəyirik.

Üzərini bəzəmək üçün:

2 yemək qaşığı əridilmiş şokolad

5 ədəd çiyələk

1 ədəd banan

1 yemək qaşığı əzilmiş fındıq

0.5 çay qaşığı fıstıq tozu

Nuş olsun!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3714
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar