Dubay şokoladı  - O niyə bu qədər məşhurdur?
29 oktyabr 2024 12:24 (UTC +04:00)

Dubay şokoladı - O niyə bu qədər məşhurdur?

Hazırda bir çox insanlar Dubay şokoladını əl-əl axtarır, onlayn sifariş verirlər. 

Lent.az xəbər verir ki, mütəxəssislər bu desertin niyə bu qədər populyar olduğunu izah ediblər.

Konfael şokolad fabrikinin mütəxəssislərinin izah etdiyi kimi, Dubay şokoladı öz dadı və orijinal görünüşü ilə istehlakçıları cəlb edir. Püstə pastası və qızardılmış kadayıf xəmirindən istifadə edilərək hazırlanır, ona görə də məhsul şirniyyat həvəskarların sevdiyi xırtıldayan içliyə malikdir. 
Dadı sayəsində desert sosial şəbəkələrdə məşhurlaşıb. Bu şokoladın foto və videoları istifadəçilər arasında sürətlə yayılıb. 

Bu məhsul populyarlığını 2021-ci ildə məşhur blogger Maria Vejera kamera qarşısında bu şokoladı reklam edib və onu 56 milyondan çox istifadəçi izləyib. 
Siz məhsulu Dubaydan, marketlərdən və ya restoranlardan beynəlxalq çatdırılma xidməti vasitəsilə də əldə edə bilərsiniz.

Qeyd edək ki, bir çox insan belə şokoladın zərərli olduğuna inanır. Allergiya xəstələri, xüsusən də qoz-fındıqlara reaksiyası olanlar üçün təhlükəli ola bilər, çünki bu şokoladın tərkibində bunlar çoxdur. Dubay şokoladı yedikdən sonra digər insanlar da xoşagəlməz simptomlarla qarşılaşa bilərlər. Bu, qozun uzun müddət həzm olunması ilə əlaqədardır. Məhsul artıq çəkisi olan və ya piylənməyə meylli insanlar üçün tövsiyə edilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12627
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar