Banan və kökl yarım saata hazırlanan ləzzətli keks sağlamlıqlarına diqqət yetirən insanlar və uşaqlar üçün mükəmməldir.
Lent.az ləziz keks reseptini təqdim edir:
• yerkökü – 75 qram.
• banan – 130 qram.
• yumurta – 2 ədəd.
• kərə yağı – 60 qram.
• un – 120 qram.
• qabartma tozu – 1/2 çay qaşığı.
Hazırlanması:
Yerkökünü incə sürtgəcdən keçirin, bananı çəngəllə əzin. Ərinmiş yağ və yumurta əlavə edin, yaxşı qarışdırın. Sonra tədricən quru maddələr əlavə edin və qarışdırın.Qarışığı qəliblərə bölün və sobada 20-25 dəqiqə 180 dərəcədə bişirin.
Nuş olsun!