Zirzəmisində  insan skeletləri  tapılan məscidlə bağlı RƏSMİ AÇIQLAMA
24 yanvar 2025 14:46 (UTC +04:00)

Zirzəmisində insan skeletləri tapılan məscidlə bağlı RƏSMİ AÇIQLAMA

0

Mədəniyyət Nazirliyi Əmircan qəsəbəsində yerləşən Nizaməddin məscidi ilə bağlı açıqlama verib.

Nazirliyin yanında fəaliyyət göstərən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ diqqətdə saxlanılır:

“Qurumun səlahiyyətləri çərçivəsində araşdırılması istiqamətində tədbirlər görüləcəkdir”.

Qeyd edək ki, Lent.az adıçəkilən məsciddən reportaj hazırlayıb.

Reportajda məscidin zirzəmisində olan insan skeletləri xüsusi diqqət çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3752

Oxşar yazılar