Azərbaycan musiqisinin korifeylərindən olan Rəşid Behbudov 1968-ci ildə Türkiyədə konsert verib.
Lent.az-ın məlumatına görə, konsert SSRİ Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilib. Şöhrəti dünyanı bürümüş Rəşid Behbudovun Türkiyəyə gəldiyini eşidən “Türk musiqisinin günəşi” ləqəbi ilə anılan Zeki Müren də konsertə gəlir və ön sırada oturur.
Rəşid Behbudov Zeki Mürenin konsertə gələcəyini bilmirmiş və proqramına onun repertuarından “Unutdun beni, zalim” mahnısını daxil edibmiş
Rəşid Behbudov Rafiq Babayevin müşaiyəti ilə fərqli ifada mahnını yüksək səviyyədə təqdim edir. Zəki Müren ifanı o qədər bəyənir ki, durub səhnəyə çıxır və Rəşid Behbudovun qarşısında diz çökərək baş əyir.
Həmin anları əbədiləşdirmiş foto hazırda Rəşid Behbudovun ev muzeyində saxlanılır.