Yeni  “Qladiator”   gəlir
23 yanvar 2023 18:50 (UTC +04:00)

Yeni “Qladiator” gəlir

Məşhur aktyor Rassel Krou  “Qladiator” filminin çəkilməkdə olan sikveli barədə danışıb.

Lent.az "Daily Mail"ə istinadən xəbər verir ki, aktyor yeni filmdə çəkilməyəcəyini bildirib. O qeyd edib ki, rejissor Ridli Skott filmdə qullardan birinin sağ qalmış övladının 30 il sonrakı həyatını ekranlaşdıracaq. O, filmin davamının da uğurlu olacağına inandığını söyləyib.

“Qladiator” filmi 2000-ci ildə çəkilib və böyük uğur qazanıb. Film maliyyə ilə yanaşı, 5 “Oskar” mükafatı da qazandırıb.

# 2109
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar