Yazıçı Zaur Akifoğlunun “Qanqal” adlı romanı işıq üzü görüb. Lent.az-ın məlumatına görə, kitabda köhnə Bakı məhəllələrinin adət və koloriti, sakinlərin xarakteri real şəkildə verilib. Romanın qəhrəmanları özünəməxsus dəyər dərəcəsinə və namus kodeksinə malik müxtəlif dünyanın insanlarıdır.
Qeyd edək ki, Z. Akifoğlunun “Qız və Qurd” povesti Mətbuat Şurasının və Avrasiya Dialoqo təşkilatının “Həqiqətə xidmətlərinə görə” mükafatına layiq görülüb.