Yunanıstanda Azərbaycan gecəsi keçirildi
11 aprel 2014 17:19 (UTC +04:00)

Yunanıstanda Azərbaycan gecəsi keçirildi

Yunanıstanın paytaxtı Afinadakı Teatr Kollecinin konsert salonunda Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin xeyriyyə konserti keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir nazirliyin nümayəndə heyətinin Yunanıstana səfəri çərçivəsində baş tutub.

 

Konsertdə Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Fərhad Bədəlbəyli və digər görkəmli Azərbaycan bəstəkarları ilə yanaşı, dünya klassiklərinin də əsərləri səsləndirilib. Tamaşaçılar gənclərimiz ifa etdikləri mahnıları maraqla qarşılayıblar.

 

Konsertə Yunanıstanın bir çox ziyalıları ilə yanaşı, YUNESKO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis də qatılıb.

 

Qeyd edək ki, yığılan vəsait əlil uşaqların müalicəsinə xərclənəcək.

 

# 670
avatar

Oxşar yazılar