Yeni komediya filmi çəkiləcək
28 iyul 2013 01:45 (UTC +04:00)

Yeni komediya filmi çəkiləcək

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yeni “Polkovnikin xəzinəsi” adlı filmin çəkilişlərinə başlanılacaq. Filmin icraçı prodüsseri Ülvi Qasımovun APA-ya verdiyi məlumata görə, ssenari müəllifləri İlqar Fəhmi və Fikrət Ələkbərov olan filmin quruluşçu rejissoru da Fikrət Ələkbərovdur: “Film komediya janrında çəkiləcək. Filmin əsas kuliminasiya hissəsi keçmiş polkovnikin pullarını yaşadığı qocalar evində itirməsindən sonra başlayır. Bundan sonra o, öz dostlarından şübhələnir və bundan sonra onun başına gələn hadisələr gülüş obyektinə çevrilir”. 


Ü.Qasımov qeyd edib ki, filmin quruluşçu operatoru əməkdar incəsənət xadimi Kənan Məmmədov, rəssamı isə İbrahim Xəlildir. Filmdə rolları xalq artistləri Arif Quliyev, Fuad Poladov, Taryel Qasımov, Zemfira Nərimanbəyova, aktyorlar Tofiq Hüseynov, Qorxmaz Əlili, Bəhram Bağırzadə və başqaları ifa edəcək. 


Ü.Qasımov filmin çəkilişlərinin avqustun ortalarında başayacağını deyib: “Çəkilişlərin 75 faizi Bilgəh qəsəbəsindəki Əmək və Müharibə veteranlarının yaşadığı pansionatda aparılacaq. Filmin 7 ay ərzində tamamilə hazır olması planlaşdırılır”. 


Filmin baş prodüsseri Müşviq Hətəmovdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1012
avatar

Oxşar yazılar