Bəstəkar və şairə Xanım İsmayılqızı oxucuları ilə görüşü keçirilib. Lent.az-ın məlumatına görə, Xanım İsmayılqızı bu günlərdə işıq üzü görən “Dua yağışı” kitabına imza günü keçirib.
Tədbirə şou-biznesin bir çox tanınmış simaları: Ayan Babakişiyeva, Sevda Rzayeva, şairə Sevinc Çılğın və digərləri də təşrif buyurub. Oxucuları ilə isti ünsiyyət yaradan və yaradıcılığındakı yenililərdən söz açan X.İsmayılqızı belə görüşlərin davamlı olacağını bildirib.
Yalçın Süleymanov