Xalq artistimiz Rusiyada çıxış edəcək
02 avqust 2015 10:56 (UTC +04:00)

Xalq artistimiz Rusiyada çıxış edəcək

0

Sentyabrın 12-də P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında "Qəlbin musiqisi" adlı konsert proqramı təqdim olunacaq.

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Rusiya Dövlət Simfonik Kinematoqrafiya Orkestrinin çıxış edəcəyi konsertin solisti xalq artisti Murad Adıgözəlzadə olacaq. Orkestrə Rusiyanın xalq artisti Sergey Skripka dirijorluq edəcək.

Konserti Rusiyanın musiqi tənqidçisi və televiziya aparıcısı Artyom Varqaftik aparacaq.

Proqrama Edvard Qriqin fortepiano və orkestr üçün konserti, Henrik İbsenin "Per Günt" dramına bəstələdiyi eyniadlı əsəri daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 450

Oxşar yazılar