Xalq artisti Muxtar Maniyevin ikinci ayağı da kəsildi
15 mart 2016 15:58 (UTC +04:00)

Xalq artisti Muxtar Maniyevin ikinci ayağı da kəsildi

 

Azərbaycanın xalq artisti Muxtar Maniyevin üzərində yenidən cərahiyyə əməliyyatı aparılıb.

 

Bu barədə APA-ya Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, M. Maniyevin sağ ayağı diz nahiyyəsindən amputasiya olunub.

 

Həkimlər onun vəziyyətini stabil qiymətləndirirlər.

 

Qeyd edək ki, M. Maniyev şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də xalq artistinin sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 435
avatar

Oxşar yazılar