Xalça Muzeyinin direktoruna <span style="color:red;">şiddətli töhmət
07 dekabr 2015 17:47 (UTC +04:00)

Xalça Muzeyinin direktoruna şiddətli töhmət

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Xalça Muzeyində qanun pozuntularını araşdırıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırmaların nəticəsi olaraq, Mədəniyyət və Turizm Nazirliyinin 27 noyabr 2015-ci il tarixli, 547 nömrəli əmri ilə Muzeyin fəaliyyətində yol verdiyi nöqsanlara, kollektivdə normal iş ahənginin pozulmasına şərait yaratdığına, rəhbərlik etdiyi muzeydə əmək və icra intizamına ciddi əməl olunmasını təmin etmədiyinə görə Xalça Muzeyinin direktoru Röya Tağıyevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bundan başqa, öz vəzifəsinə məsuliyyətsiz münasibət göstərdiyinə, maliyyə vəsaitlərinin xərclənməsində sənədləşməni qanunvericiliyə uyğun aparmadığına görə muzeyin baş mühasibi Gülnaz Rüstəmova tutduğu vəzifədən azad edilib,

Həmçinin, Azərbaycan Xalça Muzeyinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314
avatar

Oxşar yazılar