Türkiyənin Azərbaycandakı səfiri onun konsertində olacaq
31 iyul 2014 12:20 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı səfiri onun konsertində olacaq

0

 

Azərbaycanda fəaliyyət göstərən tanınmış opera ifaçısı Oya Ergün Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə konsert proqramı ilə çıxış edəcək. Lent.az-ın məlumatına görə, konsert avqust 2-si Alman-Azərbaycan mədəniyyət birliyi “Kapellhaus”da saat 19.00-da baş tutacaq. “Barok Arialar Axşamı “adı altında keçirilən konsertdə ifaçını pianoda Cəmilə Cavadova müşayiət edəcək. Opera ifaçısı gecədə Monteverdi, Caccini, Scarlatti, Cesti, Bach, Handel, Caldanra, Gluckin kimi məşhur bəstəkarların musiqilərini oxuyacaq.

 

Qeyd edək ki, konsertdə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun və digər ictimai xadimlər iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1277

Oxşar yazılar