Noyabrın 18-də İstanbulun "Çırağan" sarayında “Bakı-2015” ilk Avropa oyunlarının növbəti təqdimatı keçirilib. Lent.az-ın “qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə qardaş ölkənin ictimai-siyasi dairələrinin nümayəndələri ilə yanaşı sənətçiləri də qatılıb.
Gecədə Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay, aktrisa Türkan Şoray, aktyor Necati Şaşmaz (Polad Ələmdar) və həyat yoldaşı Nagehan Qaşıqçı və bir çox tanınmışlar iştirak edib.