Bakıda tələbələr konsert verdi
24 fevral 2015 11:48 (UTC +04:00)

Bakıda tələbələr konsert verdi

0

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Musiqi sənəti” fakültəsinin müəllimi Nigar Ağayeva və onun tələbələri dünya şöhrətli bəstəkarı Frederik Şopenin əsərlərindən ibarət konsert proqramla çıxış ediblər.



ADMİU-dan Lent.az-a daxil olan məlumata görə, tədbirin əvvəlində universitetinin rektoru, professor Fərəh Əliyeva çıxış edərək Şopenin əsərlərindən, onun yaradıcılığının dünya musiqi tarixindəki yerindən söz açıb. ADMİU-nun müəllim və tələbə heyətinin iştirak etdiyi konsertdə Şopenin müxtəlif əsərləri səsləndirilib.



Sonda Bülbül adına orta ixtisas musiqi məktəbinin yetirməsi, Prezident təqaüdçüsü, hazırda Sankt-Peterburq şəhərində təhsil alan Rüstəm Zeynalov Ferens Listin əsərlərindən ibarət proqramla çıxış edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 331

Oxşar yazılar