İyulun 27-də Təbriz şəhərində Azərbaycan sənətkarları və alimlərinin muzeyi açılıb.
APA-nın İRİB-ə istinadən məlumatına görə, Təbrizin Mədəniyyət Evində yaradılmış muzeyin ilkin mərhələsinin açılış mərasimində İranın ali dini liderinin Təbrizdəki nümayəndəsi, Ayətullah Möhsün Müctəhid Şəbüstəri, İran prezidentinin parlament məsələləri üzrə müavini Məhəmmədrza Mirtacəddini və İslami irşad və mədəniyyət naziri Seyid Məhəmməd Hüseyni iştirak ediblər.
Muzeydə Güney Azərbaycan sənətkarları və alimlərinin 50-dən çox əsəri nümayiş edilir.
Həmçinin Güney Azərbaycanın 50 tanınmış aliminin həyatından bəhs edən 120 səhifəlik "Eşq yolunu tanıyanlar" kitabının təqdimatı da keçirilib.
Qeyd edək ki, muzey tanınmış tədqiqatçı, Qum Dini Elmlər Hövzəsinin müəllimi, höccətülislam Adil Mövlayinin uzun illər sərf etdiyi əməyinin bəhrəsi hesab edilir. O, bundan əvvəl Ərdəbil Dini Korifeylər Müzeyininin yaradılmasına zəmin yaradıb və son vaxtlar onun Qafqazın dini korifeyləri və şəhid alimlərinin bioqrafiyasını özündə əks etdirən “Qafqazda elm dünyasının ulduzları” kitabının Bakıda təqdimatı keçirilib.