<span style="color:red;">Tahir İmanov:  “Arxamızca danışmasınlar”
08 oktyabr 2014 15:42 (UTC +04:00)

Tahir İmanov: “Arxamızca danışmasınlar”

0

“Mən bu barədə çox danışmaq istəmirəm. Cavabım qısa olacaq. Bizim verilişimiz yumoristik verilişdir. Yumordan başı çıxmayanlar bizi tənqid etməsin. Bir də ki, kimin nə sözü varsa, gəlib üzümüzə desin. Arxamızca danışmasınlar”. Bu sözləri Lent.az-a açıqlamasında “Planet parni iz Baku” KVN teatrının direktoru və bədii rəhbəri Tahir İmanov Space telekanalında yayımlanan “Gülüş yığması” verilişində bakılıların təhqir olunmasına münasibət bildirərkən belə deyib.

 

“Gülüş yığması” verilişinin bir neçə həftə əvvəl efirə getmiş buraxılışında Cabir İmanovun “unitaz qapağı Bakı kəndlərində çox məşhurdur. Çünki bundan son vaxtlar aerodrom kimi istifadə olunur” sözləri etiraza səbəb olub.

 

“Gülüş yığması” verilişi “Planet Parni iz Baku" KVN teatrının layihəsidir. Verilişin aparıcısı əməkdar artist Tahir İmanovdur. “Gülüş yığması” hər şənbə saat 21.30-da Space telekanalında yayımlanır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1666

Oxşar yazılar