Stiven Spilberqin yeni filmi Bakıda...
03 dekabr 2015 17:57 (UTC +04:00)

Stiven Spilberqin yeni filmi Bakıda...

Nizami Kino Mərkəzində dekabrın  3-dən  etibarən ABŞ istehsalı olan 3D formatda çəkilmiş “Dənizin ürəyində” və ABŞ, Hindistan və Almaniyanın “Cəsus körpüsü” filmlərinin nümayişinə başlanıb. bu barədə mərkəzdən Aile.lent.az-a verilən məlumatda deyilir.   “Dənizin ürəyində” filmini Çarlz Livvit və Rik Caffanın ssenarisi əsasında rejissor Ron Xovvard döyüş,  triller, tarixi –bioqrafik dram və macəra  janrında çəkib.

1819 –cu ildə amerika gəmisi “Esseks” göyərtəsində 20 nəfərdən artıq komandayla Massaçusets limanından balina vətəqələrinə yol alır. 1820 –cı ilin payızına qədər  davam edən uğurlu ov, nəhəng dişli balinanın hücumu nəticəsində yarıda qalır. Dənizçilər məcbur qalıb qayıqlara enirlər. Üç aydan artıq onlar okeanın ortasında sağ qalmaq üçün mücadılə aparırlar.

Filmdəki rollara Kris Hemsvort, Ben Uişou, Killian Merfi, Tom Holland,Şarlotta Rayli, Brendan Qlison, Frenk Dilleyn, Pol Anderson, Bendjamin Uoker, Mişel Feyrli  və başqa aktyorlar  çəkilib.

Məhşur rejissor Stiven Spilberqin Mett Çarmanın ssenarisi əsasında  çəkdiyi “Cəsus körpüsü” filmi də triller, bioqrafik tarixi dram janrındadır. Sloqanı  “Müharibənin kölgəsində bir nəfər nəyin üzərində durduğumuzu göstərdi”dir.

Real tarixi hadisələr üzərində qurulmuş  film bruklinli  advokat Ceyms Donovandan  bəhs edir.  Soyuq müharibənin episentrinə düşən vəkil, ABŞ-ın Mərkəzi Kəşviyyat İdarəsindən həlli  mümkün olmayan tapşırıq alır o, SSRİ –da tutulmuş U2 amerika cəsus  təyyarənin  pilotunun qaytarılması barədə əks tərəflə danışıqlar aparmalıdır...  

Filmdə  baş rolları Tom Henks, Mark Raylens, Emi Rayan, Alan Alda, Ostin Stouell, Skott Şeperd, Cessi Plemons, Domenik Lombardozzi, Sebastyan Kox, İv Xyuson və başqa aktyorlar canlandırıblar.

Həmçinin, kinomərkəzimizdə ötən gün qala-gecəsi keçirilən   “Oğlan Evi” milli komediya filmi də nümayişdədir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328
avatar

Oxşar yazılar