Sena çayı sahillərində azərbaycanlı fotoqrafın sərgisi
08 iyul 2013 21:29 (UTC +04:00)

Sena çayı sahillərində azərbaycanlı fotoqrafın sərgisi

Parisin mərkəzində, Sena çayı sahillərində əslən Təbrizli olan məşhur azərbaycanlı fotoqraf Reza Deqqətinin “Qəhvə nəğmələri” adlı fotosərgisi təşkil olunub. Sərgidəki şəkillər qəhvənin becərildiyi, istehsal olan ölkələrdə çəkilib və bu işlə məşğul olan kəndlilərin, qadınların gündəlik iş həyatı əks olunub. Humanist sənətkar hesab olunan Reza Deqqəti bu şəkillərində qəhvənin necə və kimlər tərəfindən becərilməsini göstərməklə yanaşı, uzaq ölkələrdəki ecazkar təbiətin gözəlliyini Paris sakinlərinə çatdırmağa çalışıb. “Mənim yaradıcılığımda gözəllik hər şeydən öndə durur və mən bu gözəlliyi hər dəfə insanların daxilində, ruhunda axtarıram. Ümid edirəm ki, bu tablolardakı gözəllik qəhvəni becərənlərin onun əmələ gəlməsində, keyfiyyətində oynadıqları rolu təcəssüm etdirə biləcək. Mənim üçün bu insanlar qəhvənin ruhudurlar. Bu fotoşəkillər hər birimizə gündəlik içdiyimiz qəhvədə onun hazırlanmasında əməyi olmuş insanları görməyə imkan yaradacaq”. Bunu fotoqraf sərgiylə bağlı yaydığı açıqlamasında bildirib.

 

Qeyd edək ki, azərbaycanlı fotoqrafın Fransaya paytaxtındakı bu sərgisi bu ilin sentyabrın 8-nə kimi davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1048
avatar

Oxşar yazılar