Sabah Zakir Sadatlının “Əfqanıstan uçurumu” kitabı təqdim olunacaq
14 fevral 2013 17:00 (UTC +04:00)

Sabah Zakir Sadatlının “Əfqanıstan uçurumu” kitabı təqdim olunacaq

Sabah mərhum yazıçı-publisist Zakir Sadatlının “Lent.az-ın kitabxanası” silsiləsindən nəşr edilmiş “Əfqanıstan uçurumu” adlı kitabının təqdimat mərasimi keçiriləcək.

 

Lent.az-ın verdiyi məlumata görə, saat 14:00-da “APA-Holdinq”in ofisində keçiriləcək təqdimat mərasiminə Zakir Sadatlının yaxınları və həmkarları da dəvət olunub.

 

Qeyd edək ki, bundan öncə yanvarın 28-də müəllifin iştirakı ilə “Əfqanıstan uçurumu” kitabının təqdimatının keçirilməsi planlaşdırılsa da, Zakir Sadatlının övladının toy mərasimi və səhhətinin mürəkkəb olması ilə bağlı onun öz xahişi ilə bu təqdimat ertələnib. Lent.az rəhbərliyi təqdimat mərasimini toydan dərhal sonra təşkil etmək istəsə də, Zakir Sadatlı təqdimat mərasimini fevralın 15-də keçirməyi xahiş edib. Çünki fevralın 15-i sovet qoşunlarının Əfqanıstandan çıxmasının ildönümüdür. Kitab da Əfqanıstan müharibəsi ilə bağlı olduğu üçün Lent.az rəhbərliyi bununla razılaşıb. Lakin Zakir Sadatlı fevralın 5-də vəfat edib. Lent.az rəhbərliyi isə yazıçı-publisistə verilən vədi yerinə yetirməyə qərar verib...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 745
avatar

Oxşar yazılar