Türkiyədə yaşayan azərbaycanlı rəssam Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyası tərəfindən “Şuvalov” medalı ilə təltif olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, medalı həmyerlimizə təhsil ocağının direktoru Zurab Tsereteli Akademiyanın Ağ zalında, təntənəli mərasimdə təqdim edib.
Qeyd edək ki, Azərbaycanda və Sankt-Peterburqda rəssamlıq təhsili alan Teymur Rzayev 1994-cü ildən Türkiyədə yaşayır, Yeditəpə Universiteti İncəsənət fakültəsi Plastik sənətlər şöbəsində müəllim işləyir.O, 2006-cı ildə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş Dünya Azərbaycanlıları Ziyalıları Forumunda Türkiyədə yaşayan rəssamların koordinatoru seçilib. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə elm, mədəniyyət, incəsənət sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Əməkdar rəssam” fəxri adına layiq görülüb.
Rəssamımız Rusiyada medal aldı
851