Prezident İlham Əliyev Azərbaycan prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək:
Ələsgərov Arzu Süleyman oğlu
Əzizbəyli Ramiz Hacıağa oğlu
Ruhi Razi Sahib oğlu
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.